"Çelsi"dən almaniyalı hücumçuya 25 milyon avro

"Çelsi"dən almaniyalı hücumçuya 25 milyon avro
XƏBƏR 8 Avqust 2012 / 14:33 2198
-  A +

İngiltərənin "Çelsi" klubunun "Bayer" (Leverkuzen) komandasının hücumçusu Andre Şürrleni transfer etməkdə israrlıdır.

Qol.Az-ın "The People"a istinadən verdiyi məlumata görə, London təsmilçisi almaniyalı futbolçunun transferi üçün "Bayer"ə 25 milyon avro təklif edib.

"Zadəganlar" daha öncə Şürrle üçün 20 milyon avro ödəməyə hazır olsa da, "Bayer" rəhbərliyi bu təklifi rədd etmişdi. Lakin Leverkuzen təmsilçisinin son təklifi necə qarşılayacağı böyük maraq doğurur. 21 yaşlı futbolçu daha öncə verdiyi açıqlamasında "Bayer"də qalmaq istədiyini bildirmişdi. 

Qeyd edək ki, Almaniya millisinin üzvü ötən mövsüm "Bayer"in heyətində keçirdiyi 31 oyunda 7 qola imza atıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı