"Hapoel"in futbolçusu: "Bakıda qol vurmasam da olar"

"Hapoel"in futbolçusu: "Bakıda qol vurmasam da olar"
GÜNDƏM 8 Avqust 2012 / 14:05 1935
-  A +

"İlk oyunda rəqibdən daha üstün oynadıq və inamlı qələbə qazandıq. Təbii ki, bu nəticə bizi bir qədər rahatladıb. Ancaq Bakıya da məğlub olmaq üçün gəlməmişik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Hapoel" (İroni Kiryat) klubunun yarımmüdafiəçisi Bryan Gerziçiç İsrail mətbuatına açıqlamasında deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində avqustun 8-də "Neftçi" ilə qarşılaşacaq "Hapoel"in futbolçusu Bakıda qol vurmasının vacib olmadığını bildirib:

"İlk oyundan sonra çoxları artıq özünü növbəti mərhələdə hiss edir. Təbii ki, ilk oyunda qeydə alınan hesab da bundan xəbər verir. Ancaq arxayınlaşmaq olmaz. Bilirik ki, "Neftçi" doğma meydanda fərqli oyun nümayiş etdirir. İlk dəqiqələrdən hücuma atılacaqlar. Ona görə də diqqətli oynamalıyıq. Səfərdən də qələbə ilə ayrılmaq istəyirik. İlk oyunda iki dəfə fərqlənmişdim. Bakıda isə qol vurmasam da olar. Əsas odur ki, komandam növbəti mərhələyə adlasın".

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək “Neftçi” - “Hapoel” matçı bu axşam saat 21:00-da start götürəcək. 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord