Azərbaycan FİFA reytinqində mövqeyini qorudu

ÖLKƏ FUTBOLU 8 Avqust 2012 / 13:30 2174
-  A +

Bu gün FİFA milli komandaların növbəti reyqinq cədvəlini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Azərbaycan millisi mövqeyini qoruyaraq 108-ci yerdə qərar tutub.

DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Portuqaliya 5-ci, Rusiya 10-cu, İsrail 82-ci, Şimali İrlandiya 101-ci, Lüksemburq isə 110-cu yeri tutur.

Türkiyə millisi reytinqdə 30-cu yerdə qərarlaşıb.

Siyahıya İspaniya başçılıq edir. Almaniya ikinci, İngiltərə isə üçüncü pillədədir. 

Maraqlıdır ki, Braziliya milli komandası reyqinqdə 13-cü yerə düşüb.

Daha çox


Son xəbərlər