Vüqar Nadirov: “Bir də gördün, “Neftçi” 5:0 hesabıyla qalib gəldi”

Vüqar Nadirov: “Bir də gördün, “Neftçi” 5:0 hesabıyla qalib gəldi”
MÜSAHİBƏ 8 Avqust 2012 / 12:28 3558
-  A +

“Qarabağ” klubunun hücumçusu Vuqar Nadirovun Qol.Az saytına müsahibəsi

- Yeni mövsümün açılış matçında səfərdə “İnter”lə 1:1 hesablı bərabərə qaldınız. Bu nəticə haqda nə deyə bilərsən?

-  Çempionatın açılış oyunu olduğundan bir az çətin keçdi.  Lakin qazanılan nəticəyə də şükür edirik. Fikrimcə, nəticə oyuna görə deyildi. Çünki bizim real qol imkanımız çox idi Onları dəyərləndirə bilsəydik, hesab 3:0 olardı.

- Hesabda üstün ola-ola qələbənin əldən çıxmasına nə səbəb oldu?

- Məncə, bir az arxayınlaşdıq Həmçinin, əlimizə düşən şanslardan istifadə edə bilmədik. Futbolda da belə deyim var ki, vurmayana, vuracaqlar.

- Hazırkı “İnter”lə ötən mövsümkü “İnter” arasında nə kimi fərq var? Səncə, hansı komanda daha güclü idi?

- Məncə, bu il “İnter” daha güclüdür. Həm heyətlərində yeni futbolçular var, həm də komanda olaraq, daha komplektləşiblər, bir-birlərini daha yaxşı başa düşürlər.

- Bu gün“Neftçi” Çempionlar Liqasının III mərhələsinin cavab qarşılaşmasında  İsrail təmsilçisi “Hapoel”lə üz-üzə gələcək. Bu görüşdən nə gözləyirsən?

- İlk növbədə, “Neftçi”yə uğurlar arzulayıram. İnanıram ki, ən azı doğma meydanda qələbə qazanacaqlar. Futbolda istənilən nəticə qeydə alına bilər. Bir də gördün, “Neftçi” rəqibinə 4 :0 və ya 5:0 hesabıyla qalib gəldi.

- Demək möcüzəyə ümid edirsən?

- Niyə də olmasın? Çox şey onların özlərindən aslıdır. İstəsələr, karyeralarındakı ən yaxşı oyunlarından birini keçirə bilərlər. “Neftçi”ni axıra qədər dəstəkləmək lazımdır. Burada azarkeşlərin dəstəyindən də çox şey asılıdır.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki