Premyer Liqanın oyunları Bakı stadionlarında keçirilməyəcək

XƏBƏR 8 Avqust 2012 / 12:11 2446
-  A +

Bu il Bakıda təşkil olunacaq FIFA U-17 qadınlararası dünya çempionatı ilə əlaqədar Azərbaycan Premyer Liqasının oyunları paytaxtda keçirilməyəcək.

Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu müddətə təsadüf edən üç turun Bakıda keçirilməli olan oyunları bölgələrdə təşkil olunacaq. Matçlar əsasən Qəbələ, Zaqatala, Yevlax və digər şəhərlərdə keçiriləcək.

PFL-dən bildirilib ki, bununla bağlı artıq klublara bildiriş göndərilib.
U-17 qadınlararası dünya çempionatı Lənkəran şəhər mərkəzi stadionunda da keçiriləcəyindən, "Xəzər Lənkəran" da göstərilən müddətdə ev oyunlarına başqa stadionda çıxacaq. "Xəzər-Lənkəran"a görüşlərini Yevlax şəhər stadionunda keçirmək təklif edilib.

Qeyd edək ki, bu il sentyabrın 22-dən oktyabrın 13-dək Bakıda FIFA U-17 qadınlararası dünya çempionatı təşkil olunacaq. Komandalar dörd qrupda mübarizə aparacaqlar:

A qrupu: Azərbaycan, Kolumbiya, Nigeriya, Kanada
B qrupu: Fransa, ABŞ, Şimali Koreya, Qambiya
C qrupu: Meksika, Yeni Zelandiya, Braziliya, Yaponiya
D qrupu: Uruqvay, Çin, Qana, Almaniya.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord