"Neftçi" möcüzə yarada bilmədi

"Neftçi" möcüzə yarada bilmədi
ÖLKƏ FUTBOLU 8 Avqust 2012 / 22:56 4480
-  A +

Bu axşam Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab görüşləri keçirilib.

Qol.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Neftçi" doğma meydanda İsrailin "Hapoel" klubunu qəbul edib.

Səfərdə rəqibinə 0:4 hesabı ilə uduzan son Azərbaycan çempionu işini çətinə salıb. "Neftçi" növbəti mərhələyə adlamaq üçün rəqibini 5 top fərqi ilə məğlub etməli idi.

Lakin bu görüşdə qalib müəyyənləməyib. Hərəyə 2 dəfə fərqlənən komandalar görüşdən sülhlə ayrılıblar - 2:2. Bununla da, "Neftçi" ÇL-də mübarizəni dayandırıb.

Qeyd edək ki, "Neftçi" mübarizəni Avropa Liqasının "play-off" mərhələsində davam etdirəcək.

 

 

8 avqust

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu

21:00. "Neftçi" (AZƏRBAYCAN) - "Hapoel" (İroni Kiryat, İsrail) (İlk oyun - 0:4) - 2:2
Qollar:
Julius Vobay, 31 (1:0),  Barak Badaş, 51 (1:1),  Cavid İmamverdiyev, 76 (2:1), Lanzlo Lenkse, 90+1 (2:2)

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın