London-2012: Finalçılar bəlli oldu

London-2012: Finalçılar bəlli oldu
XƏBƏR 8 Avqust 2012 / 02:20 1980
-  A +

XXX London Yay Olimpiadasında kişi futbolçulardan ibarət milli komandaların mübarizəsində yarımfinalın oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, hər iki oyun eyni gündə baş tutub.

Meksika yığması Yaponiyanı 3 qolla keçib. Fasiləyə 1:1 hesabı ilə yollanan komandaların duelində ikinci hissədə daha iki qol vurulub. Rəqibini daha 2 dəfə məyus edən Meksika millisi finala adlayıb.

Digər oyun isə Cənubi Koreya və Braziliya yığmaları arasında baş tutub. Braziliya millisi rəqibinə heç bir şans verməyib. Bu görüşdə 3:0 hesabı ilə qələbə qazanan Cənubi Amerika təmsilçisi finala yüksələn digər komanda olub.

Qeyd edək ki, final matçı avqustun 10-da keçiriləcək.

 


7 avqust

Yarımfinal oyunları

Meksika - Yaponiya - 3:1

Cənubi Koreya - Braziliya - 0:3

 

10 avqust

Final

Braziliya - Meksika


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki