"Bakı"nın qənimi texniki məğlubiyyətə sevindi

"Bakı"nın qənimi texniki məğlubiyyətə sevindi
GÜNDƏM 8 Avqust 2012 / 01:40 2986
-  A +

Bu mövsüm Avropa Liqasının I təsnifat mərhələsində "Bakı"nı mübarizədən kənarlaşdıran Sloveniyanın "Mura" klubu UEFA-dan şad xəbər alıb.

Qol.Az-ın məlumatına görə, III təsnifat mərhələsinin ilk oyununda evdə "Mura"ya 3:0 hesabı ilə qalib gələn Ukraynanın "Arsenal" klubunun qələbəsi əlindən alınıb.

Buna isə “Arsenal”ın oyunçusu Erik Matuku səbəb olub. Belə ki, futbolçu Belçikanın “Genk” klubunda çıxış edərkən cəzalı duruma düşsə də, cəzasını tam başa vurmadan “Mura”ya qarşı oyunda da forma geyinib.

Məhz buna görə də UEFA Ukrayna təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verib. Bununla da, "Mura" "Arsenal"la cavab matçına 3:0 hesablı üstünlüklə çıxacaq.

Qeyd edək ki, "Mura" I təsnifat mərhələsində "Bakı"nı, daha sonra isə Bolqarıstanın CSKA (Sofiya) klubunu mübarizədən kənarlaşdırmışdı.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı