Olimpiadada Kamerun yığmasının 7 üzvü yoxa çıxdı

Olimpiadada Kamerun yığmasının 7 üzvü yoxa çıxdı
GÜNDƏM 8 Avqust 2012 / 01:09 2950
-  A +

XXX London Yay Olimpiadasının iştirakçılarından olan Kamerun yığmasının 7 üzvü qeybə çəkilib.

Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, bu xəbəri Kamerun olimpiya yığmasının rəhbəri David Ojonq təsdiqləyib.

Onun sözlərinə görə, yığmanın 7 idmançısı olimpiada kəndindən ayrılıb və bir daha geri qayıtmayıb. Həmin idmançıların salamat olub-olmaması haqda da heç bir məlumat yoxdur.

İtkin düşən 7 idmançılar bunlardır: Paul Ekane Edingue (üzgüçü), Drusille Ngako (qadın futbol komandasının qapıçısı), Tomas Essomba, Kristian Donfak Adjoufack, Abdon Mevoli, Bleiz Yepmou Mendouo və Serge Abomo (hamısı boksçu).

Qeyd edək ki, bəzi dairələr iddia edir ki, həmin idmançılar olimpiya oyunlarından sonra Böyük Britaniya hökümətindən sığınacaq istəyəcəklər.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı