“Hapoel”in baş məşqçisi: “İlk dəqiqələrdən diqqətli olmalıyıq ki, erkən qol buraxmayaq”

“Hapoel”in baş məşqçisi: “İlk dəqiqələrdən diqqətli olmalıyıq ki, erkən qol buraxmayaq”
ÖLKƏ FUTBOLU 7 Avqust 2012 / 22:15 2118
-  A +

“İlk dəfədir Azərbaycana gəlirəm. Gözəl ölkəniz var. Bakı çox xoşuma gəldi, çox müasir şəhərdi. Düzdür, bu sözlərimin futbola aidiyatı olmasa da, deməyi lazım bildim”.

Qol.Az-ın məlumatına görə, bu sözləri sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə qarşılaşacaq İsrail çempionu “Hapoel”in (İroni Kiryat) baş məşqçisi Gili Landau deyib.

Bu gün oyun öncəsi keçirdiyi mətbuat konfransında Landau ilk oyunda qeydə alınan 4:0-lıq qələbəyə baxmayaraq, sabahkı qarşılaşmaya çox ciddi hazırlaşdıqlarını bildirib:
 
“Bilirik ki, “Neftçi”nin itiriləsi heç nəyi yoxdur. Ona görə də ilk dəqiqədən irəli atılacaqlar. Biz də planımızı buna uyğun quracağıq. İlk dəqiqələrdən olduqdca diqqətli olmalıyıq ki, erkən qol buraxmayaq. Yox, əgər biz erkən qol vursaq, o zaman cütün taleyinin həll olunduğunu əminliklkə demək olar”.

Qeyd edək ki, "Neftçi"-"Hapoel" matçı sabah saat 21:00-da Mərdəkandakı "Dalğa Arena"da keçiriləcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı