“Hapoel” futbolçularına oteldən çıxmaq qadağan olunub

XƏBƏR 7 Avqust 2012 / 19:50 2557
-  A +

Sabah Çempionlar Liqasının III rəsnifat mərhələsinin cavab matçı çərçivəsində “Neftçi” ilə qarşılaşacaq İsrail çempionu “Hapoel” (İroni Kiryat) dünən gecə saatlarında Azərbaycana gəlib.

İsraillilər bir neçə saatdan sonra matçın oynanılacağı Mərdəkandakı “Dalğa Arena”da oyun öncəsi son məşqinə çıxacaq.

Qol.Az-ın İsrail mətbuatına istinadən verdiyi məlumata görə, qonaqlar xüsusi mühavizə altına alınıblar. Hətta futbolçular da yerli mətbuata açıqlamalarında bildiriblər ki, onların icazəsiz oteldən çıxışına qadağa qoyulub. Komanda bu gün məşqə də xüsusi mühavizə qrupunun müşayəti ilə gedəcək. İsrail mətbuatı bu cür qorumanın səbəbini İran tərəfindən gələ biləcək hər hansı təxribatla əlaqələndirirlər.

Qeyd edək ki, İsrailə İran arasında münasibətlər çox gərgindi. Azərbaycan isə İranla həmsərhəd olan ölkədir. 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı