Useyn Bolt: "Fergüsson məni "Mançester Yunayted"ə çağırdı"

Useyn Bolt: "Fergüsson məni "Mançester Yunayted"ə çağırdı"
XƏBƏR 7 Avqust 2012 / 17:06 3028
-  A +

XXX London Yay Olimpiadasında 100 metr məsafəyə yürüşdə 4-cü dəfə olimpiya çempionluğunu bayram edən Useyn Bolt yenidən "Mançester Yunayted" klubunda oynamaq istədiyini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, "The Sun"a danışan yamaykalı sprinter "Mançester Yunayted" klubunun baş məşqçisi Ser Aleks Fergüssonun onu məşqlərdə yoxlamaq istədiyini bildirib:

"Çoxları mənim "Mançester Yunayted"də oynamaq istəməyimi zarafat hesab edir. Ancaq mən ciddi deyirəm. Artıq komandanın baş məşqçisi Ser Aleks Fergüsson mənə zəng edərək məşqlərdə yoxlamaq istədiyini bildirib. Bəlkə də ən istedadlı və fərqli bir futbolçu oldum. Kim bilir, hər şey ola bilər. Ancaq komandanın ən sürətli oyunçusu olacağım dəqiqdir".

Qeyd edək ki, Bolt London olimpiadasında 100 metr məsafəyə yürüşdə 9,63 saniyə nəticə ilə birinci olmuşdu.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın