"Kəpəz" azarkeşləri liderliyi ələ aldı

"Kəpəz" azarkeşləri liderliyi ələ aldı
XƏBƏR 7 Avqust 2012 / 17:02 2579
-  A +

Ötən həftə start götürən futbol üzrə XXI ölkə çempionatı azarkeş marağı baxımından o qədər də diqqətçəkən olmayıb.

Qol.Az-ın məlumatına görə, baş tutan 5 qarşılaşmanı (“Neftçi”-“Bak”ı təxirə salınıb) üst-üstə 13500 azarkeş izləyib.

Ən çox azarkeş Gəncədə qeydə alınıb. Burada keçirilən “Kəpəz”-“Turan” matçını 8000 futbolsevər izləyib. Ən az azarkeş isə Mərdəkandakı “Dalğa Arena”ya toplaşıb. Burada oynanılan “Rəvan”-“Xəzər Lənkəran” matçını izləyənlərin sayı cəmi 600 nəfər olub.

İndi isə ilk tutur azarkeş göstəricilərini sizə təqdim edirik:

“Rəvan”-“Xəzər Lənkəran”
“Dalğa Arena” 600 tamaşaçı

“İnter”-“Qarabağ”
AZAL Arena 1000 tamaşaçı

“Sumqayıt”-AZAL
Sumqayıt Mehdi Hüseynzadə adına stadion 2400 tamaşaçı

“Kəpəz”-“Turan”
Gəncə şəhər stadionu 8000 tamaşaçı

“Simurq”-“Qəbələ”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu 1500 tamaşaçı

Son xəbərlər