Cavid İmamverdiyev: "Məğlubiyyətlə barışmaq fikrimiz yoxdur"

Cavid İmamverdiyev: "Məğlubiyyətlə barışmaq fikrimiz yoxdur"
XƏBƏR 7 Avqust 2012 / 15:21 1887
-  A +

"Hapoel" ilə səfər matçında imkanlarımızdan çox zəif çıxış etdik. Müdafiədə buraxdığımız kobud səhvlər qapımıza vurulan 4 qolla nəticələndi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Cavid İmamverdiyev klubun rəsmi saytına açıqlamasında deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşması öncəsi danışan C.İmamverdiyev məğlubiyyətlə barışmaq fikirlərinin olmadığını bildirib:

"İstənilən halda məğlubiyyətlə barışmaq fikrimiz yoxdu. Cavab qarşılaşmasında əlimizə düşəcək qol imkanlarından maksimum yararlana bilsək, vəziyyəti xeyrimizə dəyişə bilərik. Azarkeşlərin də güclü dəstəyi ilə bunu bacaracağımıza inanıram".


Son xəbərlər