Azərbaycan kanoeçiləri finalda (YENİLƏNİB)

Azərbaycan kanoeçiləri finalda (YENİLƏNİB)
LONDON-2012 7 Avqust 2012 / 14:00 2769
-  A +

Bu gün XXX London Yay Olimpiadasında Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy – Maksim Prokopenko dueti ilk sınağına çıxıblar.

Qol.Az-ın məlumatına görə, idmançılarımız 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə qüvvələrini sınayıblar.

Bu məsafədə çıxış edəcək idmançılar iki qrupa bölünəcəklər. İkinci "altılıq"da yer alan kanoeçilərimizin rəqibləri də bəllidir.

Təmsilçilərimiz Nelson Henrikes – Fortunato Pakavira (Anqola), Sergey Torres – Xose Karlos Bulnes (Kuba), Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus) və Erlon Silva – Ronilson Oliveyra (Braziliya) cütlükləri ilə mübarizə aparıblar.

Görüş Bakı vaxtı ilə saat 13:46-da başlayıb. Seçmə yürüşlərdə hər qrupda birinci yeri tutan duetlər birbaşa əsas finala yüksələcəkdi. Qalan 10 cütlük isə yenidən 2 qrupa bölünəcək və yarımfinala çıxmaq uğrunda mübarizə aparacaqdı.
 
Lakin yürüşü 3 dəqiqə 38 saniyəyə qət edən kanoeçilərimiz qrup qalibi kimi finala adlayıblar. Final yarışlarına isə avqustun 9-da start veriləcək.

Qeyd edək ki, Azərbaycan bu idman növündə olimpiada tarixində ilk dəfə təmsil olunacaq.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"