Useyn Bolt: “Mənim bu sözlərimi unutma!”

Useyn Bolt: “Mənim bu sözlərimi unutma!”
LONDON-2012 7 Avqust 2012 / 13:55 3041
-  A +

Srağagün 100 metr məsafəyə qaçış üzrə dördüncü dəfə olimpiya çempionu adını qazanan Useyn Bolt indi bu uğurunu 200 metrlik məsafədə də təkrarlamaq istəyir.

Qol.Az-ın məlumatına görə, yamaykalı idmançı həmyerlisi Yohan Bleyki böyük fərqlə geridə qoymaq istədiyini deyib.

Qeyd edək ki, Yamayka çempionatında Bolt 22 yaşlı Bleykə hər iki (100 və 200 metr məsafəyə qaçmaqda) yarışda məğlub olub.

“Mər artıq Bleykə demişəm ki, 200 metr məsafəyə qaçmaq tamam fərqli olacaq. Ona yenidən qalib gəlməyə imkan verməyəcəyəm. Yohan, mənim bu sözlərimi unutma!” – deyə Bolt bildirib.

Daha çox


Son xəbərlər