AFFA klubları cəzalandırdı

AFFA klubları cəzalandırdı
XƏBƏR 7 Avqust 2012 / 12:51 1822
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.Az-ın məlumatına görə, tədbirdə Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində baş verən hadisələrlə əlaqədar müvafiq qərarlar çıxarılıb.

Azərbaycan Premyer Liqasının I turunun “Simurq” – “Qəbələ” matçının 84-cü dəqiqəsində “Qəbələ” klubunun 34 nömrəli futbolçusu Urfan Abbasov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.

Oyunun 66-cı dəqiqəsində meydançaya “Simurq” klubunun azarkeşləri tərəfindən kənar əşya atıldığı üçün klub 2000 manat cərimələnib.

Təcili tibbi yardım briqadası gecikdiyinə görə matç 10 dəqiqə gec başladığı üçün meydan sahibi kluba 2000 manat cəza kəsilib.

Azərbaycan Premyer Liqasının I turunun “İnter” – “Qarabağ” matçında “İnter” klubunun futbolçuları meydançaya vaxtında çıxdmadığına görə matç 6 dəqiqə gec başladığı üçün “İnter” klubu 3000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının I turunun “Rəvan” – “Xəzər Lənkəran” matçında təcili tibbi yardım briqadasının 5, yanğınsöndürmə briqadasının isə 10 dəqiqə gecdiyinə görə meydan sahibi klub 2000 manat cərimələnib.


Son xəbərlər