“Transferə çıxarılmağım o demək deyil ki, karyeram sona yetir”

“Transferə çıxarılmağım o demək deyil ki, karyeram sona yetir”
MÜSAHİBƏ 7 Avqust 2012 / 12:36 3982
-  A +

“Neftçi” klubunun transferə çıxardığı qapıçı Rauf Mehdiyev Qol.Az saytının suallarını cavablandırıb

- Transferə çıxarılmağınızla bağlı “Neftçi”nin prezidenti Sadıq Sadıqovla görüşmək istədiyini bildirmişdin. Söhbətiniz oldumu?

- Xeyr. Ona görə də hələ heç bir dəqiq söz deyə bilmırəm.

- Amma komandadan gedəcəyin real görünür. Ümumiyyətlə, bu olaylardan sonra hansısa klubdan təklif almısan?

- Heç bir təklif almamışam. Avqustun 31-nə kimi vaxtım var. Bu vaxta qədər təklis olsa, dəyərləndirəcəyəm. Futbol həyatında hər şey ola bilər. Transferə çıxarılmağım o demək deyil ki, karyeram sona yetir. Allahın qisməti necədirsə, elə də olacaq.

- Son olaylara baxmayaraq, Çempionlar Liqasının “Hapoel”ə qarşı keçiriləcək təkrar qarşılaşmasında “Neftçi”dən nə gözləyirsən?

- Təkrar oyunda istənilən hesab qeydə alına bilər. Hər şey özlərindən asılıdır. Oynasalar, yaxşı nəticə əldə edə bilərlər.

-  “Neftçi”dən möcüzə gözləməyə dəyər?

- Niyə də yox! Futbol başdan ayağa möcüzədir. Əsas məsələ meydanda əsl xarakter göstərməkdir.

- Bu qarşılaşmanı haradan izləyəcəksən?

- Yəqin ki, evdə oturub televiziya vasitəsiylə baxacağam. Komandaya uğurlar arzulayıram.

- “Neftçi”Çempionlar Liqasında İsrail təmsilçisini keçə bilməsə, Avroliqanın pley-off mərhələsində iştirak edəcək. Bu turnirdə komandanın qrup mərhələsinə düşmək şanslarını necə görürsən?

-  Hər şey ola bilər. Avroliqanın qrup mərhələsinə düşmək şansları daha çoxdur. Məsələ onda deyil ki, burada rəqiblər zəif ola bilər. Xeyr, Avropada daha zəif rəqib anlamı yoxdur.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər