Asif Mirili: "İnter"ə qayıdacağıma ümid edirəm"

Asif Mirili: "İnter"ə qayıdacağıma ümid edirəm"
XƏBƏR 7 Avqust 2012 / 12:35 2371
-  A +

“İnter”in gənc yarımmüdafiəçisi Asif Mirili yeni mövsümü icarə əsasında “Simurq” komandasında keçirəcək.

Qol.Az-ın məlumatına görə, komandanı tərk etməzdən öncə Asif klubun rəsmi saytına sövdələşmənin necə baş tutmasından danışıb və cari çempionatdan nə gözlədiyini açıqlayıb.

“Kaxaber Sxadadze və “İnter” rəhbərliyi ilə məsləhətləşmələrdən sonra belə qərara gəldik ki, cari mövsümü “Simurq” komandasında keçirim. Mənim “İnter”lə müqaviləm 2014-cü ilə qədərdir və doğma komandama qayıdacağıma ümid edirəm.

Hələlik isə “Simurq” üçün faydalı oyunçu olmağa çalışacağam və komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, mənə hələ “İnter”də çalışdığı zaman yaxşı tanış olan baş məşqçi Giorgi Çixradze də kömək edəcək. İstənilən halda ümid edirəm ki, cari mövsüm mənim üçün uğurlu olacaq.

Qeyd edək ki, futbolçunun icarə müddəti cari mövsümün sonunda başa çatacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord