"Xəzər Lənkəran"da daha iki debütant

XƏBƏR 7 Avqust 2012 / 11:59 2539
-  A +

Azərbaycan Premyer Liqasında 2012/13 mövsümünün startı daha 2 futbolçunun ilk dəfə “Xəzər Lənkəran” forması geyməsi ilə əlamətdar oldu.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ilk turun “Rəvan”la səfər oyununda Orxan Sadıqlı və Ağabala Ramazanov komandada ilk rəsmi matçlarını keçirib.
 
Bakıdakı qarşılaşmayadək 145 oyunçu “ağ-yaşıl” formada meydana çıxmışdı. Onlardan 89-u legioner, 56-sı yerli futbolçu idi. “Rəvan”la oyuna start heyətində çıxan Orxan bu siyahıya 146-cı kimi daxil oldu. Həm də 57-ci yerli futbolçumuz olan qapıçı indiyədək “Xəzər Lənkəran”ın qapısını qorumuş 10-cu qolkiper kimi tarixə düşdü. Ona qədər Kamran Ağayev – 161, Dmitri Kramarenko – 53, Aleksandr Martyoşkin – 51, Mikayıl Yusifov – 17, Milorad Koraç – 14, Kamal Bayramov – 7, Denis Romanovs – 5, Ramiz Kərimov – 4, Yevgeni Kopil – 1 oyunda “Xəzər Lənkəran”ın “1 nömrə”si olmuşdu.
 
“Rəvan”la qarşılaşmanın sonlarında oyuna daxil olan Ağabala isə komandamızın tarixində 147-ci futbolçu oldu. O, bu siyahıya adını 58-ci azərbaycanlı kimi yazdırdı.
 
Qeyd edək ki, mövsümün arxada qalan hissəsində daha 1 futbolçu “Xəzər Lənkəran”da debüt etmişdi. Buna nail olan Ruslan Abışovun debütü Avropa Liqasında gerçəkləşmişdi.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı