AFFA rəsmisi: “İsmət Qayıbov adına stadionun durumu bizi qane etmir”

AFFA rəsmisi: “İsmət Qayıbov adına stadionun durumu bizi qane etmir”
ÖLKƏ FUTBOLU 7 Avqust 2012 / 11:49 3019
-  A +

Avqustun 15-də Azərbaycan və Bəhreyn milli komandaları arasında İsmət Qayıbov adına stadiondakı görüş əvvəlcədən nəzərdə tutulduğu kimi saat 21.00-da başlamayacaq.

Bu haqda Qol.Az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.
 
Qeyd edək ki, əvvəlcə bu matçın Mərdəkan qəsəbəsindəki “Dalğa Arena” stadionunda keçiriləcəyi gözlənilirdi. Lakin Bəhreyn Futbol Federasiyasın tərəfindən AFFA-ya ünvanlanmış rəsmi müraciətdə qarşılaşmanın süni deyil, təbii ot örtüklü meydançada keçirilməsi ilə bağlı xahiş öz əksini tapıb. Həmin müraciət nəzərə alınaraq, Azərbaycan - Bəhreyn oyununun İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsi ilə bağlı AFFA tərəfindən qərar qəbul olunub.

Mikayıl Nərimanoğlunun sözlərinə görə, İsmət Qayıbov adına stadionda təmir işləri tam yekunlaşmadığından arenanın durumu onları qane etmir: “Məsələ burasındadır ki, oturacaqların sayı azdır, stadionda işıqlandırma sistemi də hazır deyil. Ona görə də, yəqin ki, görüş 20.00-21.00-da yox, hardasa saat 18.00 və ya 18.30-da başlanacaq”.

“Stadionun durumu sizi qane etmirsə, AFFA oyunu nə üçün orada keçirmək qərarı verib”. Müxbirimizin bu sualına M.Nərimanoğlu belə cavab verib: “Bizim hazırda başqa variantımız yoxdur. Ərəblər süni meydançada oynamaq istəmir. Tofiq Bəhramov adına stadionda və 8-ci km. qəsəbəsindəki arenada son tamamlama işləri gedir, Lənkəran stadionunun ot örtüyünün durumu isə hələlik lazimi səviyyədə deyil, ona görə də biz məcbur olub oyunu İsmət Qayıbov adına stadiona saldıq”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı