Kiyev "Dinamo"su və BATE "play-off"da

Kiyev "Dinamo"su və BATE "play-off"da
DÜNYA FUTBOLU 8 Avqust 2012 / 01:22 5966
-  A +

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Səfərdə "Dinamo" (Kiyev, Ukrayna) klubuna 1:2 hesabı ilə uduzan Hollandiya "Feyenoord"u bu dəfə evdə həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Lakin bu görüş də Ukrayna təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0. 

Digər oyun isə Macarıstanda baş tutub. Burada yerli komanda "Debrecen" Belarus çempionu BATE-ni qəbul edib. İlk görüşdə 1:1 hesabı qeydə alındığından cütün taleyinə məhz bu oyunda aydınlıq gələcəkdi. Belarus çempionu evdə qalib gələ bilmədiyi rəqibini səfərdə məğlub edib - 2:0. 

Qeyd edək ki, bu mərhələnin qalan görüşləri isə sabah keçiriləcək.

 

 


7 avqust

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları

23:00. "Feyenoord" (Hollandiya) - "Dinamo" (Kiyev, Ukrayna) (İlk oyun - 1:2) - 0:1
Qol:
İdeye, 90+5 (0:1)

23:30. "Debrecen" (Macarıstan) - BATE (Belarus) (İlk oyun - 1:1) - 0:2
Qollar:
Mozolevski, 25 (0:1), Volodko, 59 (0:2)


 

8 avqust

20:00. "Dudelanj" (Lüksemburq) - "Maribor" (Sloveniya) (İlk oyun - 1:4)

21:00. "Neftçi" (AZƏRBAYCAN) - "Hapoel" (İroni Kiryat, İsrail) (İlk oyun - 0:4)

21:00. "Helsinburq" (İsveç) - "Slask" (Polşa) (İlk oyun - 2:0)

22:00. "Ekranas" (Litva) - "Anderlext" (Belçika) (İlk oyun - 0:5)

22:00. "Slovan" (Çexiya) - "CFR Kluj" (Rumıniya) (İlk oyun - 1:0)

22:00. HJK (Finlandiya) - "Seltik" (Şotlandiya) (İlk oyun - 1:2)


23:00. "Bazel" (İsveçrə) - "Molde" (Norveç) (İlk oyun - 1:0)

23:00. "Vasluy" (Rumıniya) - "Fənərbaxça" (Türkiyə) (İlk oyun - 1:1)

23:30. "Brügge" (Belçika) - "Kopenhagen" (Danimarka) (İlk oyun - 0:0)

23:45. "Partizan" (Serbiya) - "AEL Limassol" (Kipr) (İlk oyun - 0:1)

23:45. "Panatinaikos" (Yunanıstan) - "Mazervell" (Şotlandiya) (İlk oyun - 2:0)

23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Şerif" (Moldova) (İlk oyun - 1:0)


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı