Azərbaycan güləşçisinin bürünc medal ümidi də puç oldu (YENİLƏNİB)

Azərbaycan güləşçisinin bürünc medal ümidi də puç oldu (YENİLƏNİB)
LONDON-2012 7 Avqust 2012 / 22:32 12031
-  A +

Bu gün XXX London Yay Olimpiadasında daha bir güləşçimiz döşək üzərinə çıxıb.

Qol.Az-ın məlumatına görə, 96 kq çəki dərəcəsində milliləşdirilmiş legionerimiz Şalva Qadabadze qüvvəsini sınayıb.

Mübarizəyə 1/8 finaldan qoşulacaq Qadabadze rusiyalı Rüstəm Totrovla üz-üzə gəlib. İlk hissə güləşçimizin xeyrinə başa çatıb - 2:0. İdmançımız ikinci hissədə rəqibin müqavimətini qıra bilməyib. Üçüncü hissədə də üstün olan rusiyalı idmançı növbəti mərhələyə adlayıb.

Lakin məğlubiyyətə baxmayaraq, Qadabadze təsəlliverici yarışlarda mübarizə apara bilər. Bunun üçün də güləşçimizin məğlub olduğu Rüstəm Totrov finala qədər irəliləməlidir. 

Artıq Totrov finala vəsiqə əldə edib. Bu isə o deməkdir ki, idmançımız üçüncü yer uğrunda təsəlliverici görüşlərə çıxacaq.

İlk görüşdə onun rəqibi isveçli Cimmi Lidberq olub. Bu qarşılaşmada idmançımız uduzduğu üçün yarışda mübarizəni dayandıdıb.

Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən ikisi Rövşən Bayramov (gümüş) və Emin Əhmədov (bürünc) medal qazandıqları halda, digər iki təmsilçimiz Həsən Əliyev və Saman Təhmasibi isə olimpiadanı mükafatsız başa vurublar. 

Daha çox


Son xəbərlər