Flavinyo: "Ümidimizi itirməmişik"

Flavinyo: "Ümidimizi itirməmişik"
XƏBƏR 7 Avqust 2012 / 00:13 1723
-  A +

"İsraildə baş tutmuş ilk matçda nə baş verdiyini izah etmək çətindir. 0:4 hesabına bəraət qazandırmaq niyyətim yoxdu. Amma bu məğlubiyyətin əvəzini çıxmaq üçün gözəl şansımız var".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Flavinyo klubun rəsmi saytına açıqlamasında deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşması öncəsi danışan braziliyalı futbolçu hələ də ümidlərini itirmədiklərini bildirib:
 
"Komanda olaraq ümidimizi itirməmişik və qələbəyə köklənmişik. Onu da deyim ki, "Hapoel" Kiryat-Şmona ilə cavab oyununda azarkeş dəstəyinə daha çox ehtiyacımız var. İnanıram ki, onlar bizi bu qarşılaşmada tək qoymayacaqlar və fürsətdən istifadə edib bütün neftçisevərləri bizi dəstəkləməyə çağırıram".

 


Son xəbərlər