Həsən Əliyev və Saman Təhmasibi medalsız qaldı

Həsən Əliyev və Saman Təhmasibi medalsız qaldı
LONDON-2012 6 Avqust 2012 / 23:20 2421
-  A +

Bu gün XXX London Yay Olimpiadasında daha iki güləşçimiz döşək üzərinə çıxıb.

Qol.Az-ın məlumatına görə, idmançılarımızdan Həsən Əliyev (60 kq) və Saman Təhmasibi (84 kq) qüvvəsini sınayıblar.

Mübarizəyə 1/8 finaldan qoşulan Əliyev norveçli Andre Berqe Stiqlə üz-üzə gəlib. Görüş Bakı vaxtı ilə saat 17:25-də başlayıb.

Əlavə hissədə rəqibini üstələyən 1/4 finala yüksəlib. Bu mərhələdə isə Cənubi Koreya təmsilçisi Cihyun Junqla qarşılaşan Həsən çətin qələbəyə sevinib.

Yarımfinalda isə Əliyevin rəqibi gürcüstanlı Revaz Laşki olub. Lakin bu görüşdə rəqibinə uduzan təmsilçimiz finala çıxmaq şansını itirib.

Bununla belə, güləşçimiz təsəlliverici mərhələdə bürünc medal uğrunda qüvvəsini sınayıb. O, Rusiya idmançısı Zaur Kuramamaqomedovla üz-üzə gəlib və bu görüşdən də məğlub ayrılıb. Beləliklə, Əliyev olimpiadanı medalsız tərk edib.

Digər təmsilçimiz Saman Təhmasibi isə 1/8 finalda Gürcüstan güləşçisi Vladimir Gegeşidze ilə qarşılaşıb. Rəqibi ilə bacarmayan Təhmasibi mübarizəni elə ilkin mərhələdə dayandırmalı olub. Bununla da, bu gün döşək üzərinə çıxan hər iki güləşçimiz olimpiadanı medalsız başa vurublar.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi