Azərbaycan kanoeçilərinin olimpiadada rəqibləri müəyyənləşib

Azərbaycan kanoeçilərinin olimpiadada rəqibləri müəyyənləşib
LONDON-2012 6 Avqust 2012 / 18:30 2080
-  A +

Azərbaycan kanoeçilərinin 2012-ci il London Yay Olimpiya Oyunlarında rəqibləri müəyyənləşib.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından Qol.Az-a verilən məlumata görə, bu növ üzrə digər reqatalardan fərqli olaraq, olimpiadada hər bir finalda 9 yox, 8 idmançı yer alacaq. Əvəzində seçmə və yarımfinal mərhələlərində iştirakçıların sayı az olacaq. Təşkilatçıların əsas məqsədi tamaşaçıların daha çox yürüş izləmələrinə şərait yaratmaqdan ibarətdir. Bu səbəbdən, seçmə və yarımfinal mərhələlərində həm 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Sergey Bezuqlıy - Maksim Prokopenko duetinin, həm də 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə Valentin Demyanenkonun rəqibləri 7 deyil, 5-6 ölkəni təmsil edəcək.

Əvvəlcə mübarizəyə avqustun 7-də Bezuqlıy - Prokopenko dueti başlayacaq. Onların çıxış edəcəkləri 1000 metr məsafəyə 2 nəfərlik qayıqla yürüşdə üst-üstə 12 duet 2 bərabər qrupa bölünüb:

1-ci qrup
1. Aleks Haas - Ceyk Donagey (Avstraliya)
2. Maosinq Huanq - Li Kianq (Çin)
3. Yaroslav Radon - Filip Dvoryak (Çexiya)
4. Peter Kretşmer - Kurt Kuşela (Almaniya)
5. Aleksey Korovaşkov - İlya Pervuxin (Rusiya)
6. Martsin Qrjibovski - Tomaş Kaçor (Polşa)

2-ci qrup
1. Nelson Henrikes - Fortunato Pakavira (Anqola)
2. Sergey Torres - Xose Karlos Bulnes (Kuba)
3. Liviu Lazar-Dumitresku - Viktor Mixalaki (Rumıniya)
4. Sergey Bezuqlıy - Maksim Prokopenko (AZƏRBAYCAN)
5. Andrey Baqdanoviç - Aleksandr Baqdanoviç (Belarus)
6. Erlon Silva - Ronilson Oliveyra (Braziliya)

Mübarizəyə Bakı vaxtı ilə saat 13:46-da start veriləcək. Seçmə yürüşlərdə hər qrupda ilk 2 yeri tutanlar birbaşa əsas finala yüksələcəklər. Qalan 10 cütlük yenidən 2 qrupa bölünəcək və həmin gün saat 15:09-da startı veriləcək yarımfinal yürüşlərinə qatılacaq. Yarımfinalda hər qrupda ilk 3 yeri tutanlar avqustun 9-da saat 13:30-da keçiriləcək final yürüşündə iştirak edəcəklər. Qalan yerlərin sahibləri isə 9-cu yer uğrunda mübarizəni nəzərdə tutan B finalında yarışacaqlar.
Avqustun 10-da isə Demyanenko start xəttinə çıxacaq. Onun çıxış edəcəyi 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə seçmə mərhələnin 25 iştirakçısı 4 qrupa bölünüb:

1-ci qrup
1. Sebastian Marçak (Avstraliya)
2. Naoya Sakamoto (Yaponiya)
3. Ronilson Oliveyra (Braziliya)
4. Valentin Demyanenko (AZƏRBAYCAN)
5. Matyö Qubel (Fransa)
6. Andrey Yezyerski (İrlandiya)
7. Ceyson Makkumbs (Kanada)

2-ci qrup
1. Nelson Henrikes (Anqola)
2. Riçard Cefferis (Böyük Britaniya)
3. Pyotr Kuleta (Polşa)
4. İvan Ştıl (Rusiya)
5. Sebastian Brendel (Almaniya)
6. Xose Kristobal (Meksika)

3-cü qrup
1. Vadim Menkov (Özbəkistan)
2. Li Kianq (Çin)
3. Denis Xaraja (Belarus)
4. Alfonso Benavides (İspaniya)
5. Lyubomir Haqara (Slovakiya)
6. Rudolf Uilyams (Samoa)

4-cü qrup
1. Xaled Huseyn (Tunis)
2. Aleksandr Dyadçuk (Qazaxıstan)
3. Yevgeni Şuklin (Litva)
4. Yuri Çeban (Ukrayna)
5. Attila Vayda (Macarıstan)
6. Ndiatte Queye (Seneqal)

Mübarizəyə saat 13:51-də start veriləcək. Seçmə yürüşdə 4 qrup içərisində ən zəif nəticəni göstərmiş kanoeçi çıxışını dayandıracaq. Qalan 24 idmançı hər birində 6-sı olmaqla, yenidən 4 qrupa bölünəcək və həmin gün saat 15:30-dan etibarən yarımfinal yürüşlərinə qatılacaq. Bu mərhələdə isə hər bir qrupda ilk 2 yeri tutanlar əsas finala, qalanları B və C finallarına çıxacaqlar. Final yürüşləri avqustun 11-də saat 13:47-də başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı