Əvvəl "Neftçi", sonra "Hapoel"

Əvvəl "Neftçi", sonra "Hapoel"
XƏBƏR 6 Avqust 2012 / 18:11 2266
-  A +

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində qarşılaşacaq "Neftçi" və "Hapoel" (İsrail) komandalarının mətbuat konfranslarının vaxtı açıqlanıb.

Qol.Az-ın məlumatına görə, ilk öncə "Neftçi" klubunun məşqçisi Tərlan Əhmədov jurnalistlər qarşısına çıxacaq.

"Neftçi"nin mətbuat konfransı sabah saat 19:30-a nəzərdə tutulub. Saat 20:00-da isə "Neftçi" son məşqini keçirəcək.

"Hapoel" klubunun mətbuat konfransı isə saat 20:30-da keçiriləcək. İsrail təmsilçisi "Neftçi" ilə oyunöncəsi son məşqinə isə saat 21:00-da çıxacaq.

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Hapoel" görüşü avqustun 8-də, saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər