Adrian Pit: “Hədəfim “Xəzər Lənkəran”la çempion olmaqdır”

Adrian Pit: “Hədəfim “Xəzər Lənkəran”la çempion olmaqdır”
MÜSAHİBƏ 6 Avqust 2012 / 17:57 3017
-  A +

“Xəzər Lənkəran”ın rumıniyalı futbolçusu Adrian Pit Qol.Az-a müsahibə verib

- Yeni mövsümə xal itkisi ilə başladınız. Bunun səbəbini nədə görürsən?

- Bakıya, “Rəvan”la oyuna qələbə dalınca gəlmişdik. Bunun üçün yaxşı imkanlarımız da oldu. Ancaq təəssüf ki, istifadə edə bilmədik. Həm də erkən buraxdığımız qol da planlarımızı pozdu. Birdə unutmayaq ki, kiminlə oynamağından asılı olmayaraq, ilk oyunlar həmişə ağır keçir.

- Matçın süni meydançada oynanılması oyununuza təsir etdi?

- Hardasa bunun da təsiri oldu. Çünki biz yay hazırlığını, bütün avrokubok matçlarını təbii meydançada oynadıq. Birdən-birə süni örtüyə çıxmaq da əlavə problem yaradır.

- “Xəzər Lənkəran”ın hədəfi yəqin ki, çempionluqdur. Bunu əldə etmək mümkün olacaq?

- Hədəfin çempionluq olması birmənalıdır. “Xəzər Lənkəran” üçün başqa hədəf ola bilməz. Ancaq çox çətindir. Çünki rəqiblər güclüdür. Dünən qarşılaşdığımız “Rəvan” da pis komanda deyil. Bir sözlə, çox əziyyət çəkmək lazımdır.

- Ancaq bunun üçün yeni transferlər də vacibdir...

- Bu haqda artıq baş məşqçi və klub rəhbərliyi qərar verir.

- Bəs, sənin futbolçu kimi qarşına qoyduğun əsas hədəf nədir?
- Əsas hədəfim bu mövsüm “Xəzər Lənkəran”la çempion olmaqdır.

Anar XANLAROV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın