“Neftçi” üç stadion sifariş verib

XƏBƏR 6 Avqust 2012 / 16:26 3280
-  A +

“Neftçi” cari mövsüm üçün üç stadion sifariş verib. Bu haqda Qol.Az-a klubun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə bildirib.

O deyib ki, komandanın əsas meydançası 8-ci kilometr qəsəbəsində AFFA-nın inşa etdiyi stadion olacaq: “Amma biz həmin stadionda oyunlarımızı oktyabrda başa çatacaq qadınlar arasında dünya çempionatından sonra keçirəcəyik”.

Gündüz Abbaszadənin sözlərinə görə, “Neftçi” növbəti ev oyununda rəqibini təmir işləri başa çatan İsmət Qayıbov adına stadionda qəbul edəcək: “Dünya çempionatına qədər isə “Neftçi”nin ehtiyat meydançası “Dalğa Arena” olacaq. Dünya çempionatından sonra komandamız ev oyunlarını 8-ci kilometr qəsəbəsində keçirəcək, o zaman isə İsmət Qayıbov adına stadion ehtiyat meydançamız sayılacaq”.


Son xəbərlər