Azərbaycan - Bəhreyn matçının məkanı dəyişdirildi

Azərbaycan - Bəhreyn matçının məkanı dəyişdirildi
ÖLKƏ FUTBOLU 6 Avqust 2012 / 16:12 2527
-  A +

Avqustun 15-də, saat 21:00-da, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da Azərbaycan və Bəhreyn milli komandaları arasında yoldaşlıq matçının keçiriləcəyi haqda xəbər vermişdik.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Bəhreyn Futbol Federasiyası tərəfindən AFFA-ya ünvanlanmış rəsmi müraciətdə qarşılaşmanın süni deyil, təbii ot örtüklü meydançada keçirilməsi ilə bağlı xahiş öz əksini tapıb.

Həmin müraciət nəzərə alınaraq Azərbaycan - Bəhreyn matçının İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsi ilə bağlı AFFA tərəfindən qərar qəbul olunub.

 

Daha çox


Son xəbərlər