Premyer Liqa oyununda dünya çempionatına dəstək (FOTOLAR)

Premyer Liqa oyununda dünya çempionatına dəstək (FOTOLAR)
FIFA U-17 6 Avqust 2012 / 14:52 2710
-  A +

Premyer Liqanın cari mövsümünün I turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş "Sumqayıt" - AZAL oyununda FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012 də diqqətdən kənarda qalmayıb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, çempionatın Yerli Təşkilat Komitəsinin (YTK) yaxından iştirak etdiyi "Sumqayıt" - AZAL qarşılaşmasında çempionatın rəsmi talismanı "Top Top Qız" yaşıl meydançaya çıxaraq azarkeşləri salamlayıb.

Çempionatla bağlı ümumi məlumatları özündə əks etdirən broşurlar və digər təbliğat materialları oyun zamanı YTK nümayəndələri və çempionatın könüllüləri tərəfindən tribunalarda əyləşən azarkeşlərərə təqdim olunub.
 
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu, müğənni Çingiz Mustafayevin oyunun fasiləsində çıxışı isə azarkeşlərdə yüksək əhval-ruhiyyə yaradıb.
















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı