"Barselona" futbolçusunu icarəyə verir

"Barselona" futbolçusunu icarəyə verir
XƏBƏR 6 Avqust 2012 / 13:47 2658
-  A +

İspaniyanın "Barselona" klubu cinah oyunçusu İbrahim Affelayı icarəyə verməyi düşünür.

Qol.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi yeni mövsümdə hollandiyalı futbolçunun xidmətində maraqlı deyil.

26 yaşlı futbolçunun meneceri Rob Yansen xəbəri təsdiqləyib: "Affelayın hələ ki, "Barselona"da forma geyinmək şansı yoxdur. Ona görə də futbolçu yeni mövsümü icarə əsasında başqa bir komandada keçirə bilər".

Zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalan Affelayın adı isə "Milan", "Latsio", "Fiorentina" və "Arsenal" klubları ilə çəkilir.

Qeyd edək ki, ötən mövsüm PSV (Endhoven) klubundan "Barselona"ya transfer olunan Affelay keçirdiyi 20 oyunda cəmi 1 dəfə fərqlənib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı