Mourinyo: "Bekhemsiz olimpiada olmaz"

Mourinyo: "Bekhemsiz olimpiada olmaz"
GÜNDƏM 6 Avqust 2012 / 02:28 2550
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo ingilis futbolçu Devid Bekhemin olimpiadadan kənarda qalmasına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis Bekhemin olimpiya millisinə çağırılmamasını anlamadığını vurğulayıb:

"Bekhem bu layihənin içində idi. Əgər bu gün olimpiya oyunları Londonda keçirilirsə, bu məhz onun sayəsində baş tutub. Ancaq futbolçu turnirdən kənarda qaldı.

Bunu anlaya bilmirəm. O, çox peşəkar futbolçudur. Olimpiadadan kənarda qaldığı üçün onun adına çox üzüldüm. Məncə, Bekhemsiz olimpiada olmaz".

Qeyd edək ki, iki gün öncə "Real" Bekhemin komandası "Los Angeles Qalaksi" klubunu 5:1 hesabı ilə darmadağın edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı