Zeynal Məmmədov: "Suariyə maaş vermirik"

Zeynal Məmmədov: "Suariyə maaş vermirik"
MÜSAHİBƏ 8 May 2009 / 17:04 3832
-  A +

"Bakı"nın baş meneceri Zeynal Məmmədov Qol.Az saytına müsahibə verib.    

 
- Zeynal müəllim, artıq mövsüm başa çatmaq üzrədir. Hasan Suarinin məsələsi nə yerdə qaldı?
- Hələ, məsələ açıq qalır. Bilirsiniz ki, bu futbolçunun bizimlə müqaviləsi var. Buna baxmayaraq onun xidmətindən istifadə edə bilmirik. Çünki keçmiş klubu ilə həll olunmamış problemi var. Onun menecerini gözləyirik ki, gəlsin, oturaq danışaq. Söz verib ki, yaxın günlərdə Azərbaycana gələjək.
- Bu haqda menecerin özü ilə əlaqə saxlamamısınız ki?
- Hər gün ona yazırıq ki, məsələni tezliklə yoluna qoymaq lazımdır. Problemin tam kökü haqqında bizə bir söz deməyib. Bura kəskin danışacağıq. Çünki məhz o, bizə demişdi yaxın günlərdə futbolçunun transfer vərəqi “Bakı” klubuna gəlməlidir. Amma hələ ki, heç bir yenilik yoxdur.
- Bəlkə Suarinin sabiq klubu onun keçidi üçün sizdən külli miqdarda pul istəyir?
- Hasan bura gələndə bizə demişdi ki, onun sabiq komandası ilə müqaviləsi başa çatıb və sərbəstdir. Biz də onunla müqavilə bağladıq. Sonra isə Mərakeş klubu əksinə, futbolçu ilə müqavilələri olduğunu əsas gətirərək transfer vərəqini verməkdən imtina elədi. Belə çıxır ki, Suari ikili müqaviləyə imza atıb. Yəni, mərakeşlilərlə müqaviləsi ola-ola gəlib bizimlə də müqavilə bağlayıb.
- İndi neyləmək fikrindəsiniz?
- Yayı gözləyirik. Həmin vaxt futbolçunun Mərakeş klubu ilə müqaviləsi də başa çatacaq və tam olaraq bizim futbolçumuz olajaq.
- Burada olduğu müddətdə Hasana “Bakı” klubu tərəfindən maaş verilib?
- Yox, verilməyib. Axı Hasan oyun oynamayıb və “Bakı”ya da hələ ki heç bir xeyri dəyməyib. Belə olan halda nəyə görə ona maaş verməliyik?
- Futbolçu özü incimir ki?
- Yox, burada injiməli bir şey də yoxdur, axı. O özü də başa düşür ki, hələ oynamadığı üçün əməkhaqqı almaması da tam normaldır.
- Bəs onun Bakıda qalmaq xərclərini kim ödəyir?
- Bunu “Bakı” klubu ödəyir. Onun bütün ev və yemək xərclərini biz həll eləyirik.
- Suari ilə müqavilənin müddət nə qədərdir?
- 1 illik.
- Bunun da artıq 4 ayı gerdə qalıb. Bəs bu məsələ necə olacaq? - Xeyr, bu 4 ay itirilmiş deyil. Belə ki, müqavilə başa çatdıqdan sonra bu müddət onun müqaviləsinin üzərinə əlavə olunajaq.
- Sabah “Bakı”nın “Turan”la çətin oyunu var. Komandanızdan nə gözləyirsiniz?
- Mən ancaq və ancaq qələbə gözləyirəm. Biz bütün rəqiblərimizə hörmətlə yanaşırıq, o jümlədən də “Turan”a. 
- Tovuzda xal itirmə ehtimalınız varmı?
- Qarşısına çempionluq məqsəqi qoyan komanda belə həlledici mərhələdə büdrəməməlidir. Çalışacağıq ki, Tovuzdan qələbə ilə dönərək, çempionluğa bir qədər də yaxınlaşaq. Bunun üçün futbolçularımız meydanda canlarını qoyacaqlarına söz veriblər.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı