Qurban Qurbanov: “Ağdamlı azarkeşləri sevindirdiyimiz üçün çox şadam”

XƏBƏR 6 May 2009 / 20:20 2163
-  A +

“İlk oyunda səfərdə rəqibimizi məğlub etməyimizə baxmayaraq, bizdə qətiyyən arxayınlıq yaranmamışdı. Bilirdik ki, “Bakı” güclü komandadır. Hesabı da ilk açan onlar oldu”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”yla oyunsonrası mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Q.Qurbanov qələbə qazanmalarını əzmkralıqla bağlayıb: “Şadam ki, tezliklə toparlanaraq hesabı bərabərləşdirdik. Sonra isə daha əzmkar oynayaraq, qələbə qolunu da vurduq. Ağdam azarkeşlərinə bu sevinci yaşatdığımıza və finala çıxdığımıza görə çox sevincliyəm. Amma unutmayaq ki, finalda bizi son Azərbaycan çempionu “İnter”lə çox ağır oyun gözləyir”.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı