Coko Haciyevski “Qarabağ”ın finala layiq olduğunu etiraf etdi

XƏBƏR 6 May 2009 / 19:38 2007
-  A +

“Əslinə baxsaq “Qarabağ” hələ ilk oyunda məsələni həll etmişdi. Buna görə, onların finala çıxmasını tam qanunauyğunluq kimi qələmə verərdim”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la oyunsonrası mətbuat konfransında “Bakı”nın baş məşqçisi Coko Haciyevski deyib. Makedoniyalı mütəxəssis “Qarabağ”ın finala layiq olduğunu etiraf edib: “Ağdam təmsilçisi finala layiq komandadır. Mən inanıram ki, onlar finalda “İnter”i də məğlub edərək kuboka sahib olacaqlar və Azərbaycanı Avropada təmsil edəcəklər. Öz komandamın oyununa gəlincə, bizi daha çox həftəsonu Tovuzda “Turan” qarşı keçirəcəyimiz oyun düşündürürdü. Çünki çempionluğumuzun taleyi həmin oyundan çox asılı olacaq. Odur ki, bəzi aparıcı futbolçuları Tovuz matçı üçün qorumağım vacib idi”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın