Tarix təkrarlansa, “Bakı” çempion, “Qarabağ” kubokun sahibi olacaq

XƏBƏR 6 May 2009 / 18:09 2252
-  A +

Yarımfinal mərhələsinin cavab qarşılaşmalarından sonra finalçıların adları məlum oldu. Həlledici qarşılaşmada “Qarabağ” - “İnter”lə qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, tarix təkrarlanacağı halda, mövsümün sonunda “Bakı” çempion olacaq, “Qarabağ” isə kuboku qazanacaq. Lap 3 il əvvəl olduğu kimi.
2005/2006 mövsümündə də eyni hal yaşanmışdı. Həmin vaxt gərgin mübarizənin sonunda “zolaqlılar” 1 xallıq fərqlə çempion olmuş, “Qarabağ” isə kuboku başı üzərinə qaldırmışdı. Hadisələrin gedişatı 3 il əvvəlki ssenarinin təkrarlanacağına işarə edir. Həmin mövsüm “Bakı”nın çempionluq yolunda əsas rəqibi “Karvan” idi. “Qarabağ” da kubokun finalında məhz “Karvan”ı üstələmişdi. Cari mövsümdə “Bakı”nın qızıl medallar uğrunda əsas rəqibi “İnter”dir. Ağdam təmsilçisi də ölkə kuboku uğrunda həlledici qarşılaşmada məhz “İnter”lə qarşılaşacaq.
3 mövsüm əvvəl də finala gedən yolda “Qarabağ” “Bakı”nı mübarizədən kənarlaşdırmışdı. Lakin yeganə fərq ondadır ki, o zaman Ağdam klubu “zolaqlılar”ı ½ finalda deyil, 1/4 finalda üstələmişdi.
3 il əvvəl də finala gedən yolda “Qarabağ” “Neftçi”ni məğlub etmişdi, bu mövsüm də. O zaman da komandalar arasında Suraxanı qəsəbə stadionunda keçirilən matçda “Qarabağ” 1:0 hesabı ilə qalib gəlmiş, cavab matçında meydandan qolsuz bərabərliklə ayrılmışdı.
Təbii ki, bütün bunlar mülahizədir. Amma göründüyü kimi, oxşarlıqlar da çoxdur.        


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın