Lixtenşteyn mətbuatı Azərbaycan-İspaniya oyunu haqda: “Avropa çempionu ilə oynamaq hər komandanın işi deyil”

XƏBƏR 6 May 2009 / 17:34 2315
-  A +

Azərbaycan millisinin iyunun 9-da Bakıda İspaniya ilə yoldaşlıq görüşü keçirməsi Avropanın bir çox ölkəsində olduğu kimi seçmə mərhələdə bizimlə eyni qrupda yer alan ölkələrin də futbol ictimaiyyəti arasında müzakirə mövzusuna çevrilib. Qol.Az-ın mılumatına görə Lixetnşteynin “Vadust Time” nəşri son saylarının birində öz ölkəsinin futbol millisinin hazırlıq planına toxunarkən millimizi örnək gətirməyi də unutmayıb. Yazıda əsas yeri Lixtenşteyn millisinin hazırkı durumu, hazırlıq planı və qrupda neçənci yeri tutmaq perspektivinin müzakirəsi tutub. Daha sonra qrupdakı digər rəqiblərin də hazırlıq planlarından söhbət açan lixtenşteynli həmkarlarımız millimizin Türkiyə və İspaniya kimi komandalarla yoldaşlıq görüşləri keçirməsini böyük hadisə kimi qələmə veriblər. Hətta qəzet əməkdaşları “Avropa çempionu ilə oynamaq hər komandanın işi deyil. Bu qarşılaşma Azərbaycan futbolu üçün böyük reklam olacaq” cümləsini xüsusilə qabardıblar.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı