“Turan”ın baş məşqçisi: “Oyun satan futbolçu onsuz da meydanda özünü yandıracaq”

XƏBƏR 6 May 2009 / 15:27 2136
-  A +

“Kim deyir ki, “Turan” Bakıda yaşayan futbolçularına deyib ki, Tovuza gəlməsinlər? Bu söhbətləri kimlər yayır, haradan yayır, niyə yayır, mənə çatmır. Hazırda bütün futbolçularımız Tovuzdadır və hamısı komanda ilə birlikdə məşq edirlər”. Bu sözləri Qol.Az-a “Turan”ın baş məşqçisi Rasim Əlyev deyib. O, “Turan” rəhbərliyinin güya Bakıda yaşayan futbolçularının oyun alqı-satqısında iştirakından şübhələndiklərini və bu səbəbdən "Bakı" ilə oyun öncəsi onlara Tovuza gəlməmək tapşırığı verdiklərinə dair gəzən söhbətləri əsassız hesab edir. Baş məşqçi eyni zamanda “İnter”in “Bakı”dan xal almaq üçün “Turan”a 200 min dollar məbləğində stimbullaşdırıcı məbləğ verməsi məsələsinə də münasibət bildirib: “Bu söhbəti ilk dəfədir eşidirəm. Yalnız onu deyə bilərəm ki, “Turan” heç vaxt bu cür çirkin işlərdə iştirak etməyib və bundan sonra da etməyəcək. Bu bizim adımıza və keçmişimizə yaraşmır”. Əliyev hansına futbolçusunun klubdan xəbərsiz oyun alqı-satqısında iştirak edəcəyinə də inanmır: “Mən bütün futbolçularıma inanıram və əminəm ki, heç kim bu yola getməz. Getsə də belə, bunu gizlətmək mümkün deyil. Oyun satan futbolçu onsuz da meydanda can yandıracaq”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord