Millimiz FİFA-nın reytinqində daha iki pillə gerilədi

ÖLKƏ FUTBOLU 6 May 2009 / 14:54 2437
-  A +

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Qol.Azın məlumatına görə, millimiz ötən ayla müqayisədə daha iki pillə geriləyərək, 142-ci pilləyə enib. Reytinqə əvvəlki kimi iyunun 9-da Bakıda yoldaşlıq görüşü keçirəcəyimiz son Avropa çempionu İspaniya millisi başçılıq edir. İkinci pillədə dünya çempionatının seçmə mərhələsində milli komandamızın rəqibi olan Almaniya, üçüncü yerdə isə Hollandiya millisi qərarlaşıb.
Dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimizdən Rusiya 9-cu, Finlandiya 51-ci, Uels 73-cü, Lixtenşteyn isə 156-cı yerdədir.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı