“Bakı” üzərində qazandığımız üstünlüyü əldən verməməliyik”

XƏBƏR 6 May 2009 / 12:40 2159
-  A +

“Bakı” çox güclü komandadır. Rəqibin heyətində kifayət qədər yüksəksəviyyəli futbolçular var”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri sabah ölkə kubokunun ½ final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçiriləcək “Qarabağ” - “Bakı” oyunu haqda fikirlərini bildirərkən, Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl deyib. Ə.Çəlikəl ilk oyunda qazandıqları üstünlüyü əldən verməyəcəklərini söyləyib: “Rəqib nə qədər güclü olsa da, ilk oyunda onları məğlub etməklə “Qarabağ”ın heç də zəif olmadığını hamıya sübut etdik. Digər tərəfdən də budəfəki oyunu doğma azarkeşlərimiz önündə keçiricəyik. Buna görə də hesab edirəm ki, “Bakı” üzərində qazandığımız üstünlüyü əldən verməməliyik. İnşallah, komandamız sabah gözəl oyun sərgiləyərək, adını finala yazdıracaq”.


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın