Hiddink Azərbaycanla oyunu necə xatırladı?

Hiddink Azərbaycanla oyunu necə xatırladı?
ÖLKƏ FUTBOLU 6 May 2009 / 12:05 2405
-  A +

“İngiltərədə çətin oyunlar oynadıq. Martın ortalarında Çempionlar Liqasının püşkatma mərasimi oldu və “Liverpul”la iki ağır matçımız oldu. Bunun ardınca yenidən Moskvaya yollandım. Çünki, dünya çempionatının seçmə oyunu çərçivəsində Azərbaycanla oyunumuz var idi. Odur ki, milli komandanın düşərgəsində olmalı idim”. Bu sözləri “Çelsi”ilə müqavilə bağladıqdan sonra paralel olaraq həm Rusiyya millisində, həm də London klubundakı ağır qrafiki haqqında Hollandiyanın “De Telegraaf” qəzetinə verdiyi müsahibəsində Qus Hiddinq deyib. O, bir daha martın 31-ə qayıdaraq Azərbaycanla matç haqqında fikirlərini bu dəfə həmyerliləri ilə bölüşüb: “Rusiya millisinin son iki matçını dəyərləndirmək istəmirəm. Ən vacib olanı odur ki, biz Azərbaycan və Lixtenşteyndən 6 xal götürdük. Həmçinin mənim üçün həddindən artıq xoş oldu ki, Azərbaycanla Moskvada keçirdiyimiz oyuna fantastik sayda azarkeş gəlmişdi. Onların sayi 70 min nəfər idi. Bu oyuna qədər keçirdiyimiz matçlarda bu qədər azarkeş toplaya bilməmişdik. Azərbaycanlılarla matça mənim üçün xoş olan növbəti məqam Ziryanovun vurduğu ikinci qol oldu. Bu bir çoxlarına nümunə ola biləcək gözəl təşkil olunmuş hücumun məntiqi sonluğu idi. Konstantin uzun hava ötürməsi zamanı sürətlə irəli şığıdı, ötürməni bir ayağı ilə qəbul edib, digəri ilə uzaq küncə göndərdi”.

 

Daha çox


Son xəbərlər