“Simurq” məşqlərə 3 futbolçusuz başladı

XƏBƏR 5 May 2009 / 20:25 2018
-  A +

Bir günlük istirahətdən dönən "Simurq"un üzvləri dünən Zaqatala Olimpiya İdman Kompleksində bir araya gəlib və "Qəbələ" ilə oyunun hazırlıqlarına başlayıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, çalışmalarda əvvəlki tək müalicə və bərpa prosesi davam edən Qriqol Dolidze ilə Ramin Nəsibov iştirak etmirlər. Pəncəsindəki problemləri aradan qaldıran Elşən Məmmədov isə hələ ki, fərdi məşqlərlə kifayətlənir.

Daha çox


Son xəbərlər