“Muğan”ın icraçı direktoru və baş məşqçisi vəzifəsindən kənarlaşdırıldı

“Muğan”ın icraçı direktoru və baş məşqçisi vəzifəsindən kənarlaşdırıldı
ÖLKƏ FUTBOLU 5 May 2009 / 19:06 2363
-  A +

“Muğan”ın baş məşqçisi Nadir Qasımovla yanaşı komandanın icraçı direktoru Fizuli Əliyev də vəzifəsindən kənarlaşdırılıb. Bu haqda Qol.Az-a Əliyev özü məlumat verib: “Nadir Qasımovun vəzifəsindən kənarlaşdırılması həqiqətdir. Lakin bunun səbəbləri barədə dəqiq bir söz deyə bilmərəm. Yaxşısı budur, bu haqda klubun vitse-prezidentindən məlumat alın. Bircə onu deyə bilərəm ki, Nadir Qasımovla yanaşı məni də işimdən kənarlaşdırıblar. Bunun səbəbi haqda da heç nə bilmərəm. Yaxşısı budur komandanın vitse-prezidentinə zəng vurun və qoy o bütün məsələlərə aydınlıq gətirsin”.
 

Daha çox


Son xəbərlər