Həmyerlimiz Ukrayna klubuna qələbə qazandırdı

XƏBƏR 5 May 2009 / 18:44 2036
-  A +

Həmyerlimiz - Ruslan Zeynalovun çıxış etdiyi “Desna” klubu Ukrayna çempionatının birinci divizionunda növbəti oyununu keçirib. Qol.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, öz meydanında “İqroservis” klubunu qəbul edən “Desna” rəqibini 1:0 hesabı ilə məğlub edib. Matçın taleyini həll edən yeganə qolu Ruslan Zeynalov vurub. 90 dəqiqə meydanda olan həmyerlimiz komandasının qələbəsində böyük rol oynayıb. Bu qələbədən sonra xallarının sayını 39-a yüksəldən “Desna” beşinci pillədə qərarlaşıb.


Son xəbərlər