Ölkə kubokunun finalında “Qarabağ”la “İnter” qarşılaşacaq

XƏBƏR 5 May 2009 / 17:03 2106
-  A +

Qol.Az-ın oxucular arasında keçirdiyi daha bir sorğuya yekun vurulub. 1 həftə ərzində oxucular “Azərbaycan kubokunun finalında hansı komandalar qarşılaşacaq?” sualını cavablandırıblar. Ümumilikdə sorğuda 186 nəfər iştirak edib. Qol.Az-ın oxucularının fikrincə, ölkə kubokunun finalında “Qarabağ”la “İnter” qarşılaşacaq. Respondentlərin 60,7 faizi - 113 nəfər belə düşünür. Digər 63 respondent isə hesab edir ki, finalda “İnter”in rəqibi “Bakı” olacaq. Yalnız 10 nəfər hələ də “Qəbələ”nin finala yüklsələcəyini düşünür. Onlardan 8-i “Qəbələ”nin finalda “Bakı”yla, 2 nəfər isə “Qarabağ”la qarşılaşacağı gümanındadır.
     
"Qarabağ" - "İnter"   113 səs (60.7%)
"Bakı" - "İnter"   63 səs (33.8%)
"Bakı" - "Qəbələ"   8 səs (4.30%)
"Qarabağ" - "Qəbələ"   2 səs (1.07%)


Son xəbərlər