İlham Yadullayev 1 oyun “dincələk”

XƏBƏR 5 May 2009 / 14:24 2130
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “Bakı” - “Simurq” matçında “Simurq” klubunun 7, “Bakılı” - MOİK matçında “Bakılı” klubunun 5, MOİK klubunun isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər üç klub min manat cərimə olunub.
“Karvan” - “Neftçi” matçının 61-ci dəqiqəsində Yevlax klubunun futbolçusu İlham Yadullayev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzadırılıb, klub isə 200 manat cərimə olunub.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki