Ağdamın icra başçısı PFL-ə söz verdi

XƏBƏR 5 May 2009 / 14:16 2289
-  A +

Premyer-liqanın XXIV turu çərçivəsində keçirilən “Qarabağ” - “İnter” matçı başa çatdıqdan sonra meydanda xoşagəlməz hadisələr yaşanmışdı. Oyun başa çatdıqdan sonra azarkeşlər maydana daxil olaraq hakimlərə fiziki təzyiq göstərmək istəmiş, lakin polis və təhlükəsizlik xidmətinin köməkliyi ilə hakimlər meydandan çıxarılmışdır. Bu hadisə ilə əlaqədar olaraq, stadionda təhlükəsizlik tam təmin olunmadığı üçün  meydan sahibi “Qarabağ” klubu AFFA İntizam Komitəsi tərəfindən ciddi şəkildə cəzalandırılıb. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Ağdam rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qarşıdakı oyunlarda təhlükəsizliyin yüksək səviyyədə olacağı haqda PFL-ə zəmanət məktubu göndərilib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın