“Qarabağ” mayın 9-a kimi Quzanlıda qalacaq

XƏBƏR 5 May 2009 / 13:50 2051
-  A +

“İnter”lə oyundan sonra da Quzanlıda qalan “Qarabağ” “Bakı” ilə kubok matçının hazırlıqlarını davam etdirir. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, komanda mayın 9-a kimi Ağdamda qalacaq. Buna səbəb “Bakı”dan sonra “Xəzər-Lənkəran”la olacaq qaşılaşmadır. Komanda gündə bir dəfə olaraq Quzanlı Olimpiya Kompleksinin stadionunda məşq edir. Aftandil Hacıyev və Zaur Həşimovun zədəli olması hələ də Qurban Qurbanovu qayğılandırır. Böyük ehtimalla bu futbolçular “Bakı” ilə matçı da buraxacaqlar.

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı