Millimizin Türkiyə ilə oyunu saat 13:00-da başlanacaq

XƏBƏR 5 May 2009 / 12:37 2276
-  A +

Qadınlardan ibarət Azərbaycan millisi UEFA-nın təşkilatçılığı ilə Gürcüstanda keçiriləcək turnirdə iştirak edəcək. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, millimizin rəqibləri Gürcüstan, Türkiyə və Makedoniya milliləri olacaq. Artıq turnirin oyunlarının təqvimi müəyyənləşib:

Azərbaycan - Türkiyə
11 may. Saat 13:00. Tbilisi. Mixail Mesxi adına stadion
Baş hakim: Tanya Subotiç (Sloveniya)
Baş hakimin köməkçiləri: Petra Sever (Sloveniya), Katuna Maysuradze (Gürcüstan)
Hakim-inspektor: Yonas Braqa (Litva)
 
Makedoniya - Azərbaycan

13 may. Saat 13:00. Tbilisi. Mixail Mesxi adına stadion
Baş hakim: Ginta Pece (Latviya)
Baş hakimin köməkçiləri: Viola Raudzina (Latviya), Ketevan Qayparaşvili (Gürcüstan)
Hakim-inspektor: Yonas Braqa (Litva)
 
Azərbaycan – Gürcüstan
16 may. Saat 13:00. Rustavi. «Poladi» stadionu
Baş hakim: Karina Suzanna Vitulano (İtaliya)
Baş hakimin köməkçiləri: Marinella Kaissutti (İtaliya), Petra Sever (Sloveniya)
Hakim-inspektor: Yonas Braqa (Litva)

Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq